“Mançester Siti”nin futbolçusu Leroy Sane “Bavariya” ilə razılığa gələ bilmir.

Almaniya mətbuatı yazır ki, belə getsə, mançesterlilərin hücumameyilli yarımmüdafiəçisi yayda Münhenə üz tutmayacaq. Ehtimal edilir ki, tərəflər müqavilə şərtlərində razılığa gələ bilməsələr, münhenlilər “Barselona”dan icarəyə götürdükləri Filippe Koutinyonun transfer hüququna sahib çıxacaq.

Sanenin zədə səbəbindən bu mövsüm “Mançester Siti”nin heyətində meydana çıxmadığını da qeyd edək.